Livanın Baş naziri Nəvaf Salam ölkənin cənubunda İsrail tərəfindən "təhlükəli və görünməmiş" eskalasiyanı pisləyib və dərhal atəşkəsə çağırıb.
“İki sahil” xəbər verir ki, o, bu barədə televiziya vasitəsilə xalqa müraciətində bildirib.
"Yandırılmış torpaq siyasəti İsrailin təhlükəsizliyini təmin etməyəcək", - Salam vurğulayıb.
O, həmçinin Livan və İsrail arasında birbaşa danışıqların tərəfdarı olduğunu bildirərək, diplomatiyanın Beyrut üçün ən az riskli yol olduğunu qeyd edib.
Qeyd edək ki, Livan-İsrail danışıqlarının dördüncü raundu 2-3 iyunda Vaşinqtonda keçiriləcək.