31 may 2026 02:12
89

İtaliyada narkomafiyaya qarşı genişmiqyaslı əməliyyat: 1300-dən çox həbs olunan var

İtaliya hüquq-mühafizə orqanları ölkə üzrə narkotik cinayətkarlığına qarşı genişmiqyaslı əməliyyat keçiriblər. Reydlər nəticəsində qanunsuz narkotik dövriyyəsində iştirak edən 1 335 nəfər həbs olunub.

“İki sahil” xəbər verir ki, bu barədə "Agenzia Nova" agentliyi məlumat yayıb.

Əməliyyat bu həftə ərzində İtaliyanın müxtəlif bölgələrində keçirilib. Reydlər zamanı 2 358 nəfərə ittiham irəli sürülüb və 430 kiloqramdan çox narkotik maddə, 111 ədəd odlu silah və 250 ədəd soyuq silah müsadirə edilib.

Həmçinin qanunsuz silah saxlamaq və digər hüquqpozmalarda şübhəli bilinən 297 mindən çox şəxs müəyyən edilib. Onların arasında 15 665 azyaşlı da olub.