31 may 2026 16:16
98

İsrail Livandakı Bofor qalasını "təhlükəsizlik zonası"nın bir hissəsi kimi saxlayacaq

İsrail Müdafiə Qüvvələri Cənubi Livandakı Bofor qalası rayonunda öz mövcudluğunu "təhlükəsizlik zonası" çərçivəsində qoruyub saxlayacaq.

“İki sahil” "Ynet"ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats bəyan edib.

Daha əvvəl məlum olub ki, İsrail Müdafiə Ordusu Boforu - XII əsrdə 300 m hündürlükdə salınmış səlibçilər qalasını nəzarətə götürüb.

Qala Litani çayından şimalda, Beyruta 100 km cənubda yerləşir. Orta əsr qalasının xarabalıqlarının ucaldığı təpədən Cənubi Livanın və Qalileyanın şimal hissəsinin bir çox rayonları görünür. İsrail bu strateji cəhətdən vacib nöqtəni artıq 1982-ci ildən 2000-ci ilə qədər nəzarətdə saxlayırdı.

Katsın sözlərinə görə, İsrail ordusu Livanın cənubundakı sərhədyanı rayonlarda minlərlə evi və terror infrastrukturunu dağıtmağa davam edir: "Düşmən yalnız bir dili başa düşür - ərazinin ələ keçirilməsi və evlərin dağıdılmasını".