31 may 2026 19:19
107

ABŞ-ın strateji neft ehtiyatları kəskin şəkildə azalıb

ABŞ-ın strateji neft ehtiyatlarının həcmi 2024-cü ilin aprelindən bəri minimum səviyyəyə düşüb.

“İki sahil” xəbər verir ki, bunu CNN telekanalının hesablamaları təsdiq edir.

ABŞ Energetika Nazirliyinin keçən həftənin sonuna olan məlumatlarına əsasən, neft və neft məhsullarının ehtiyatları hazırda 1,584 milyard bareldir və azalmaqda davam edir. ABŞ-ın strateji anbarlarındakı neft ehtiyatları sonuncu dəfə 2003-cü ilin martında 1,5 milyard barel səviyyəsindən aşağı olub.

İranla müharibənin başlamasından sonra ehtiyatdakı neftin həcmi təxminən 12 % azalıb. "S&P Global Energy" agentliyi qeyd edir ki, Hörmüz boğazının blokadası səbəbindən dünya neft bazarı 1,2 milyard barel neft itirib. Kəsirin ödənilməsi üçün yalnız keçən həftə strateji ehtiyatlardan bazara 9,1 milyon barel neft buraxılıb.

Ekspertlər qeyd edirlər ki, ABŞ ilə İran arasında sülh sazişi bağlansa belə, bazarda vəziyyətin normallaşması üçün vaxt lazım olacaq.

"Saziş sabah bağlansa belə, boğazdakı tıxacların aradan qaldırılması üçün altı həftə vaxt lazım olacaq ki, bu da yay tələbinin pik mövsümündə ehtiyatlara təzyiqi daha da artıracaq", - "RBC Capital Markets" analitiki Helima Kroft CNN-ə bildirib.