Çexiyanın cənubunda avtobusla minik avtomobilinin toqquşması nəticəsində 13 nəfər xəsarət alıb.
“İki sahil”in "Novinky" nəşrinə istinadən məlumatına görə, avtobusda əcnəbilər olub.
"Hazırda 13 nəfər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır", - xilasedicilərin açıqlamasında bildirilib.
Hadisə yerinə üç təcili tibbi yardım briqadası cəlb olunub. Qəzanın baş verdiyi magistral yol hissəsində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.