23 dekabr 2016 01:01
1263

Gələn il hansı rəng dəbdə olacaq?

 2017-nin ayaqqabı, çanta və gödəkçələri...

Tanınmış modelyer Fəxriyyə Xələfova gələn ilin dəbi haqqında ATV.az-a özəl açıqlama verib:

- Gələn il hansı rəng dəbdə olacaq?

 - Gələn il mavi xoruz ili olduğundan, mavi rəng daha aktual olacaq. Bundan əlavə, dəb heç zaman bir rəngin çərçivəsində hərəkət edə bilmir. Buna görə bir neçə rəng də aktual olacaq. Bunlar  tünd yaşıl, qırmızı, qızılı sarı tonlardır. 2017-ci ilin ideyaları kontrans rənglərin birləşməsindən ibarətdir. Kontranst rənglərnən işləmək çox çətindir, amma bu rənglərin bir yerdə olması geyimi orginal və qeyri adi edir. Kontrast rənglərdən olan geyimləri bir az dərk eləmək çətindir. Ümumiyyətlə, gələn ilin dəbi insanlar tərəfindən bir az çətinliklə qəbul olunacaq.  

- Gələn il klassik yoxsa idman üslubunda geyimlər dəbdə olacaq?

- Daha çox klassik geyimlərə üstünlük veriləcək.  

- Hansı çantalar dəbdə olacaq?

- Çantalar fərqlilik olacaq. Gələn ilin çapraz çantalar (uzun qulplu) və çox cibli çantalar dəbdə olacaq.

 - Necə tip ayaqqabılar dəbdə olacaq?

- Gələn il kablok ayaqqabılar dəbdə olacaq. Rənginə gəldikdə isə, daban və dərisi eyni rəng olan ayaqqabılar dəbdə olacaq.

- Bu il kurtka və palto dəbi necə olacaq?

 - 2017-də iki üzü istifadəyə yararlı olan qısa palto və kurtkalar dəbdə olacaq.