24 dekabr 2016 00:08
358

Almanlar meşələri kimin hesabına qoruyur?

Soyuq qış axşamında kaminin qarşısında oturub qızınmağın, alova tamaşa eləməyin ayrı ləzzəti var. Çoxlarımıza elə gəlir ki, bu həm də baha başa gələn bir həzzdir. Heç də belə deyilmiş. Düzgün istifadə edildikdə mənzili odunla hətta ucuz da isitmək olur.

Avropa büromuzun Almaniyadan hazırladığı süjet bu barədədir. Odunu başqa ölkədən alan almanlar tonuna təxminən 250 manat ödəsələr də, nəticədə bu,  qaz və  ya  neftdən  daha  ucuz  başa gəlir.   Bəzi almanlar da bir qədər zəhmətli olsa da, mənzillərini odunla qızdırmağa üstünlük verirlər.