Vaxt gələcək, taxta yeni monarxlar əyləşəcək.
Və bu pafos və ya bu dövrü simvolizə edən məcazi ifadə deyil. Onların qarşısında doğurdan da xalqlar diz çökür. Bunun üçün sadəcə bir az böyümələri lazımdır.
Bu gün Sizi onlarla tanış edəcəyik. Bu uşaqlar hələ şahzadədirlər, lakin yaxın gələcəkdə taxta əyləşəcəklər. Ola bilsin ki, hər birimiz bu münasibətlə təşkil olunan dəbdəbəli mərasimlərə şahid olaq, əlbəttə ki, həmin dövrə kimi monarxiya ləğv edilməzsə…. Beləliklə, Avropa ölkələrinin gələcək hökmdarları:
Jak Onore Renye, Monako şahzadəsi (2 yaş)
Gənc şahzadənin tam titulu belə səslənir – «Əla həzrət şahzadə Jak Onore Renye, Monokonun varis şahzadəsi və markiz de Bo». Uşaq 2014-cü ilin dekabr ayının 10-da, bacısı Qabrieladan düz 2 dəqiqə sonra dünyaya gəlib və Monako şahzadəsidir.
Corc, Kembric şahzadəsi (3 yaş)
Uşağın tam titulu – «Əlahəzrət şahzadə Corc Kembric»dir və Britaniya taxtının varisləri siyahısında üçüncüdür: Əvvəlcə babası Çarlz, sonra atası şahzadə Uilyam və nəhayət balaca şahzadə Corc.
Estel, İsveç şahzadəsi (4 yaş)
Onun tam titulu «Əlahəzrət Estel Silviya Yeva Meri, Esterqyetland hersoqinyası». O, vəliəhd şahzadə Viktoriya və şahzadə Daniel Vestlinqin qızıdır. Estel İsveç tarixində ilk qızdır ki, bir başa taxt-tac vəliəhdi kimi dünyaya gəlib.
Kristian, Danimarka şahzadəsi (11 yaş)
Şahzadə Frederik (Monpez qrafı) və xanımı Meri Donaldsonun böyük oğlu olan bu uşaq 2005-ci ildə Kopenhagendə dünyaya gəlib.
Asturiya şahzadəsi Leonor (11 yaş)
Leonorun yaxın vaxtlarda qardaşı dünyaya gəlməzsə, taxta oturmaq üçün bütün şansları var. O, kral Felipe və Letisiyanın ilk övladıdır.
İnqrid Aleksandra, Norveç şahzadəsi (12 yaş)
Norveçin vəliəhd şahzadəsi olan bu qız artıq indidən ölkənin həyatında aktiv iştirak edir: 2016-cı ildə o Lilehammerde Gənclər üçün II QışOlimpiya Oyunlarının açılışında məşəli yandırıb. İlk kütləvi çıxışını isə 6 yaşında edib. Bununla belə, valideynləri övladlarının hamı kimi uşaqlıq keçirməsi üçün adi məktəbə yollayıb.
Katarina Amaliya Niderlandskaya, Niderlandların şahzadəsi (14 yaş)
Niderland şahzadəsi Kral Villem Aleksandra və kraliça Maksimanın ilk övladıdır. Onun taxta oturacağı şansı böyükdür.
Yelizavetta, Belçika şahzadəsi (15 yaş)
Belçkiada qanuna əsasən taxt ilk övlada çatır. Yelizavetta da kral Filippin və kraliça Matildanın böyük qızıdır.