İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf livanlı həmkarı Nəbih Berri ilə telefonla danışıb, tərəflər Livandakı vəziyyəti müzakirə ediblər.
“İki sahil” İran mediasına istinadən xəbər verir ki, söhbət zamanı ikitərəfli məsələlər barədə də fikir mübadiləsi aparılıb.
"İsrail Ordusunu Livanın bütün bölgələrində əməliyyatları dayandırmağa məcbur etmək üçün ABŞ tərəfindən bütün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayırıq", - bunu isə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib.
O vurğulayıb ki, Tehran İsrail Ordusunun Livandan geri çəkilmə qrafikinin daha sürətli müəyyənləşdirilməsini tələb edir.
Xatırladaq ki, İsrailin Müdafiə Ordusu Livanın cənubundakı Nəbatiyyə bölgəsində Livanın radikal "Hizbullah" hərəkatının bir neçə döyüşçüsünü zərərsizləşdirdiyini açıqlayıb.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib