Polşa və ABŞ Amerika hərbi bazasının yerləşdirilməsi ilə bağlı danışıqların növbəti mərhələsinə keçiblər.
“İki sahil” xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış "X" sosial şəbəkədə hesabında məlumat verib.
Onun sözlərinə görə, ölkə vətəndaşlarının təxminən 60%-i Polşada daimi Amerika bazasının yaradılmasını dəstəkləyir: "Pentaqon hazırda sonrakı qərarlar üçün əsas təşkil edəcək qüvvələrin nəzərdən keçirilməsini həyata keçirir".
Bundan əvvəl Polşanın Baş naziri Donald Tusk hökumətin ölkə ərazisində daimi ABŞ hərbi bazasının yaradılması üçün şərtləri hazırlamaq məqsədilə qətnamə qəbul edəcəyini açıqlamışdı.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib