Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində Ukrayna ilə bağlı danışıqların davam etdiyini və bu istiqamətdə yeni təkliflərin olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, Putin Rusiyanın enerji infrastrukturuna endirilən zərbələrin müəyyən çətinliklər yaratdığını, lakin bunun Moskvanın danışıqlardakı mövqeyinə təsir göstərməyəcəyini deyib.
Rusiya Prezidenti, həmçinin Rusiya qoşunlarının Dobropolye yaşayış məntəqəsinə yaxınlaşdığını və bu yaşayış məntəqəsindən sonra Ukrayna qüvvələrinin əvvəlcədən hazırlanmış müdafiə xətlərinin olmadığını iddia edib.
Onun sözlərinə görə, Rusiyanın məqsədləri arasında Donbas və "Novorossiya" üzərində tam nəzarətin təmin edilməsi də var. Putin Rusiya qoşunlarının Sumı şəhərinə təxminən 10 kilometr, Slavyanska isə 8–9 kilometr məsafədə olduğunu, hücum əməliyyatlarının 15 istiqamətdə davam etdiyini bildirib.
O, Konstantinovkanın 96 faizinin Rusiya qüvvələrinin nəzarətində olduğunu iddia edib. Putin, həmçinin Krasnı Limanda təxminən 11 min evdən yalnız 149-nun Ukrayna qüvvələrinin nəzarətində qaldığını deyib. Bundan əlavə, Starıy Oskol yaxınlığında Ukrayna qüvvələrinin tam mühasirəyə alınmasına təxminən 2 kilometr qaldığını və Ukrayna Silahlı Qüvvələrinin yeni ərazilər tutmadığını iddia edib.
Putin əlavə edib ki, enerji sahəsində yaranan çatışmazlığın aradan qaldırılması məqsədilə enerji idxalı genişləndiriləcək.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib