İsrail qüvvələri Livanın cənubunda "Hizbullah"a məxsus böyük yeraltı obyekti dağıdıb.
“İki sahil” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatında bildirilib.
Onların məlumatına görə, obyekt Məcdəl Zun şəhəri yaxınlığında yerləşib. Belə ki, 200 metrdən çox uzunluğunda və 25 metrdən çox dərinlikdə yerləşən tuneldə yüzlərlə silah və İsrail ərazisinə zərbələr endirmək üçün nəzərdə tutulmuş bir neçə buraxılış qurğusu olub.
Bəyanatda qeyd olunub ki, İsrail əməliyyatdan əvvəl ABŞ-ı və Livandakı Amerika nümayəndəsini xəbərdar edib.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib