ABŞ ordusu ilə İslam İnqilabı Keşikçiləri Korpusu arasında Hörmüz boğazından keçən gəmiçiliyi əlaqələndirmək üçün birbaşa əlaqə xətti hələ qurulmayıb.
“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla "Axios" portalı məlumat yayıb.
Nəşr bildirib ki, tərəflər ötən həftə İsveçrədə keçirilən məsləhətləşmələr zamanı layihənin işə salınması barədə razılığa gəlinib. Portalın məlumatına görə, buna baxmayaraq hələ də "qaynar xətt" fəaliyyət göstərmir.
"Axios"un qeyd etdiyi kimi, iki tərəf müntəzəm olaraq zərbələr endirməyə və bir-birini gərginliyi artırmaqda ittiham etməyə davam edir. Portal vurğulayır ki, vəziyyət hər gün gərginləşdiyindən, ABŞ və İran texniki qrupları arasında çərşənbə axşamı günü keçirilməsi planlaşdırılan növbəti danışıqların İsveçrədə baş tutub-tutmayacağı hələ də məlum deyil.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib