Çin və Belarus münasibətləri hər cür sınaqdan uğurla çıxmış və getdikcə daha da möhkəmlənən "dəmir dostluqdur".
“İki sahil” BELTA-ya istinadla xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Pekində keçirilən görüşündə bəyan edib.
Çin lideri iki ölkə arasında formalaşan tərəfdaşlığın yüksək dinamikasını xüsusi vurğulayıb: "Bizim sizinlə əməkdaşlığımız çoxşaxəli xarakter daşıyır, zamanla ayaqlaşır və davamlı olaraq yeni nəticələr verir. Çin-Belarus münasibətləri hazırda özünün tarixi zirvəsini yaşayır."
Si Cinpin əlavə edib ki, rəsmi Pekin Belarusun suverenliyini, ərazi bütövlüyünü və özünün müstəqil inkişaf yolunu seçmək hüququnu tam dəstəkləyir. Çin lideri BMT və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Belarusla əlaqələri gücləndirməyə hazır olduqlarını bildirib. O, həmçinin "Bir kəmər, bir yol" təşəbbüsünün birgə irəlilədilməsi və ikitərəfli praktiki əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi üçün bütün mövcud resursların səfərbər edilməsinin vacibliyini qeyd edib.
Belarus Prezidenti Aleksandr Lukaşenko da öz növbəsində çinli həmkarına səmimi münasibətini ifadə edərək, Çinə "öz evinə gələn kimi" gəldiyini etiraf edib. Belarus tərəfinin qlobal gündəlikdəki müxtəlif məsələlər barədə Çin ilə mütəmadi olaraq fikir mübadiləsi apardığını deyən Lukaşenko, xüsusilə investisiyalar və sənaye kooperasiyası sahəsindəki qarşılıqlı fəaliyyətin səviyyəsini yüksək qiymətləndirib.
Qeyd edək ki, Belarus Prezidenti Pekinə Rusiyanın paytaxtı Moskvadan, həmkarı Vladimir Putinlə keçirdiyi görüşdən dərhal sonra uçub.
Pezeşkian İrana məxsus 6 milyard dollarlıq aktivin blokunun qaldırıldığını elan etdi
Avropa İttifaqına üzvlük üçün konstitusiyanı dəyişməli olacağıq - Ukrayna Ali Radasının sədri