Almaniyanın Aşağı Saksoniya əyalətinin Ştade şəhərində silahlı insident nəticəsində azı beş nəfər həlak olub.
“İki sahil” “Bild” qəzetinə istinadla xəbər verir ki, yerli polis idarəsinin məlumatında hadisə ilə əlaqədar genişmiqyaslı əməliyyatın həyata keçirildiyi bildirilib. Əməliyyat nəticəsində bir nəfər şübhəli şəxs qismində saxlanılıb.
İnsidentin baş verdiyi ərazi gənclər mərkəzinin yaxınlığında yerləşir. Həlak olanlar arasında uşaq və ya yeniyetmələrin olub-olmaması hələlik açıqlanmayıb.
Polis hadisənin motivinin hələ müəyyən edilmədiyini bildirib. Hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadaları və psixoloji dəstək xidmətlərinin əməkdaşları cəlb olunublar.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib