İsrail öz ərazisinə raket zərbələri endiriləcəyi təqdirdə, İranla müharibəni "elə sabah" bərpa edə bilər.
“İki sahil” "Ynet"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İsrailin müdafiə naziri İsrael Kats bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatların bərpası iki ssenaridə mümkündür: ABŞ Prezidenti Donald Tramp Tehranla danışıqları nəticəsiz və tükənmiş hesab edərsə və ya İran İsrailə raket zərbəsi endirərsə.
"Əgər İran İsrailə raketlər atarsa, İsrail güclə cavab verəcək. Biz İranın İsrailə atəş açdığı heç bir vəziyyəti qəbul etməyəcəyik. Bu həmçinin ABŞ-nin diqqətinə çatdırılıb. İMQ tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var", - Kats bildirib.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib