Almaniyanın Aşağı Saksoniya əyalətinin Ştade şəhərində silahlı insident nəticəsində ölənlərin sayı 6-ya çatıb.
“İki sahil” xəbər verir ki, hadisə yerində həlak olan beş nəfərdən əlavə bir nəfər də xəstəxanada dünyasını dəyişib. Hücum nəticəsində xəsarət alan şəxslərin bəzilərinin vəziyyəti ağır olduğundan hüquq-mühafizə orqanları ölənlərin sayının arta biləcəyini istisna etmir.
Hadisə yerinə çoxsaylı polis və təcili yardım qüvvələri cəlb olunub. Polisin məlumatına görə, hadisə ilə əlaqədar üç nəfər saxlanılıb.
“Spiegel” nəşrinin əldə etdiyi məlumata görə, ilkin ehtimallara əsasən hadisə şəxsi münasibətlər zəminində baş verib. Nəşr yazıb ki, şübhəli şəxsin gənclər müəssisəsi ilə əlaqələri olub. Hazırkı istintaq məlumatlarına əsasən, hadisənin siyasi və ya ekstremist motivdə törədildiyinə dair heç bir əlamət yoxdur.
Bu insident ölkədə geniş ictimai rezonans doğurub. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer hadisə ilə bağlı açıqlamasında qeyd edib: “İnsanlara təhlükəsizlik və himayə bəxş etməli olan bir məkanda bu cür amansız zorakılığın baş verməsi məni dərindən sarsıdır”.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib