Livan öz hərbi qulluqçularını İsraillə sərhəddə yerləşdirmək niyyətində qətidir.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperi Beyrutda qəbul edən Livan Prezidenti general Cozef Aun bildirib.
"Livan ordusu beynəlxalq səviyyədə tanınmış sərhədin bütün uzunluğu boyu yerləşdiriləcək və İsrail buna mane olmamalıdır", - o qeyd edib.
Görüş zamanı Aun Livan-İsrail danışıqlarının yekunlarına əsasən iyunun 26-da Vaşinqtonda imzalanmış çərçivə sazişinin uğurla həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Qeyd olunub ki, CENTCOM komandanı Livan ordusu bölmələrinin ölkənin cənubundakı "pilot zona"larda yerləşdirilməsinə yardım edəcək bir qrup hərbi müşahidəçi ilə birlikdə Təl-Əvivdən Beyruta gəlib. Razılaşmaya əsasən, İsrail hərbçiləri Litani çayının şimalındakı bir neçə ərazini tərk edəcəklər, daha sonra isə bu əraziləri Livan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib