ABŞ artıq Ukraynaya silah tədarükü üzrə PURL proqramı çərçivəsində 6 milyard dollardan çox qazanıb.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker "Fox News" telekanalının efirində bildirib.
"Biz bu proqram üzrə 6 milyard dollardan çox vəsait əldə etmişik və bunu (proqramda iştirakı - red.) davam etdirmək niyyətindəyik", - o deyib.
Qeyd edək ki, PURL ("Prioritised Ukraine Requirements List") təşəbbüsü ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rütte tərəfindən 2025-ci ilin 14 iyulunda irəli sürülüb. NATO müttəfiqləri Ukrayna üçün silahları ABŞ ehtiyatlarından satın alırlar.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib