Çinin Henan əyalətindəki məşhur şüşə körpüdə şüşə panel yeniyetmənin çətirlə vurması nəticəsində çatlayıb.
“İki sahil” "South China Morning Post" nəşrinə istinadən xəbər verir ki, hadisə Çinin "Baoquan Cliff World" turizm kompleksindəki körpüdə baş verib.
Çatın yaranmasından sonra kompleksin əməkdaşları dərhal ziyarətçiləri körpüdən təxliyə ediblər və obyekti müvəqqəti olaraq bağlayıblar. Hadisə Çinin sosial şəbəkələrində geniş müzakirələrə səbəb olub. Çoxsaylı istifadəçilər son illərdə ölkə daxilində məşhur turistik məkana çevrilən şüşə körpülərin davamlılığını şübhə altına alıblar.
Bununla belə, kompleks rəhbərliyi hansı növ şüşədən istifadə olunduğunu və zədənin nə dərəcədə ciddi olduğunu açıqlamayıb. Həmçinin təmir müddəti və təhlükəsizlik tədbirlərində mümkün dəyişikliklər barədə hələlik məlumat verilmir.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib