Türkiyə hərbi hospitalların fəaliyyət göstərmədiyi yeganə NATO ölkəsidir. Bu, həll edilməli olan tarixi boşluqdur. Hospitallar sistemini bərpa etməliyik və bu, milli maraq məsələsidir.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin aparıcı siyasi qüvvələrindən biri olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli Ankarada bildirib.
MHP parlament fraksiyasının iclasında çıxış edən siyasətçi hərbi həkimlərdən ibarət “ordu” yaradılmasının vacibliyini vurğulayıb.
Partiya sədri Türkiyənin yerləşdiyi bölgədəki böhranlara və çətinliklərə, həmçinin gələn həftə Ankarada keçiriləcək NATO sammitinin gündəliyinin əhəmiyyətinə diqqət çəkib.
O bildirib: “NATO sammiti Türkiyənin geosiyasi əhəmiyyətini, ordusunun təsirli bir maneə kimi çəkisini və müdafiə sənayesinin gücünü nümayiş etdirəcək. Ankaranın dünyadakı diplomatik çəkisi durmadan artır və bu, böhranın həllinə verdiyi töhfədə də özünü göstərir”.
D. Bahçeli, daha sonra qeyd edib: “NATO Ankaranın qeyd-şərtsiz tabe olmalı olduğu komandanlıq mərkəzi deyil. Alyansın cənub-şərq cinahını dəstəkləyən fundamental halqa olan Türkiyənin özünün milli maraqları hər məsələdə prioritetdir. Ankara olmasa, “NATO-nun tarazlığı” da çökəcək”.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib