San-Fransiskodakı Katolik Kilsəsinin arxiyeparxiyası uşaqlara qarşı cinsi zorakılıqla bağlı 500-dən çox iddianın məhkəmədən kənar həlli üçün 395 milyon dollar ödəməyə razılıq verib.
“İki sahil” xəbər verir ki, "The Guardian" nəşrinin məlumatına görə, bu məbləğ din xadimləri və kilsə rəsmilərinin hərəkətlərindən zərər çəkmiş şəxslərə paylanacaq.
Razılaşmanın şərtlərinə əsasən, San-Fransisko arxiyepiskopu Salvatore Kordileone zərərçəkənlərin hər birinə şəxsən üzrxahlıq məktubu yazmalıdır. Bundan əlavə, arxiyeparxiya fəaliyyətdə şəffaflığı təmin etmək və uşaqları qorumaq məqsədilə bir sıra islahatlar həyata keçirəcək. Məsələn, kilsə cinsi zorakılıqda ittiham olunan keşişlərin siyahısını dərc etməyə və mütəmadi olaraq yeniləməyə borclu olacaq.
Məhkəmə həmçinin arxiyeparxiyaya məxfi saxlanma müqavilələrindən istifadə etməyi qadağan edib. Bu isə o deməkdir ki, qurbanların öz başlarına gələnləri açıq şəkildə ictimaiyyətə danışmaq hüququ var.
Bu razılaşma, arxiyeparxiyanın üzləşdiyi çoxsaylı iddialar səbəbindən müflisləşmə proseduruna başlamasından üç il sonra əldə edilib. İddiaların hamısı onilliklər əvvəl törədilmiş cinayətlərə aiddir. Lakin 2019-cu ildə Kaliforniya rəhbərliyi bu növ cinayətlər üzrə iddia müddətini müvəqqəti olaraq ləğv etdikdən sonra ştatın müxtəlif bölgələrində kilsələrə qarşı məhkəmə iddiaları dalğası başladı və bir neçə arxiyeparxiya müflis olduğunu elan etdi.
Xatırladaq ki, oxşar məhkəmə prosesi çərçivəsində Los-Anceles arxiyeparxiyası da cinsi zorakılıq qurbanlarına bu növ işlər üçün rekord məbləğ sayılan 800 milyon dollar təzminat ödəməyə razı olmuşdu.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib