Qahirədə Misir və Türkiyə kəşfiyyat xidmətləri nümayəndələrinin HƏMAS hərəkatının rəhbərliyi ilə görüşü keçirilib, görüşdə Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin icrası müzakirə olunub.
“İki sahil” "Al-Ahram"a istinadla xəbər verir ki, görüşdə Misirin Ümumi Kəşfiyyat Xidmətinin rəhbəri general-mayor Həsən Rəşad, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və HƏMAS-ın yüksək vəzifəli nümayəndələri iştirak ediblər.
Mənbənin məlumatına görə, danışıqlar müsbət xarakter daşıyıb, tərəflər ABŞ Prezidenti Donald Trampın sülh planının həyata keçirilməsi ilə bağlı ehtiyatlı nikbinlik ifadə ediblər. HƏMAS nümayəndələri isə planı dəstəklədiklərini və onun icrası yolundakı maneələri aşmağa hazır olduqlarını təsdiqləyiblər.
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib