ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Çin məlumat mərkəzlərinin işləməsi üçün lazım olan enerji infrastrukturunun fəal inkişafı sayəsində Birləşmiş Ştatları süni intellekt sahəsində qabaqlayır.
“İki sahil” xəbər verir ki, o, bu barədə jurnalist Maykl Noulsa müsahibəsində bildirib.
"Hesab edirəm ki, çinlilər süni intellekt sahəsində bizdən yalnız bir şeydə irəlidədirlər - yeni enerji gücləri qurmaqdan qorxmurlar, biz isə qorxuruq. ABŞ-də ekoloji hərəkatın reallıqla qarşılaşacağı yer məhz budur", - Vens deyib.
Onun sözlərinə görə, əgər süni intellekt sahəsində fəaliyyət göstərən Amerika şirkətləri enerji gücünün artırılmasının vacibliyini dərk etmirlərsə, yeni infrastrukturun tikintisi ilə ekoloji hərəkat arasında bu cür qarşıdurmanın ilk nəticələrini ABŞ-nin məlumat mərkəzləri hiss edəcəklər.
"Əgər süni intellektlə məşğul olan şirkətlər bunu başa düşməsələr, yeni enerji güclərinin inşası ilə ekoloji hərəkat arasındakı bu qarşıdurmanın ilk qurbanları Amerikanın süni intellekt məlumat mərkəzləri olacaq", - vitse-prezident vurğulayıb.
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib