ABŞ İranla bağlı aparılan diplomatik danışıqlarda əldə olunan nəticələri müsbət qiymətləndirir.
“İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və Prezident Donald Trampın kürəkəni Cared Kuşner Dohada regional liderlərlə müsbət müzakirələr aparıblar.
Bildirilir ki, İranla bağlı texniki danışıqlar hazırda davam etdirilir.
Qətər Xarici İşlər Nazirliyi daha əvvəl açıqlayıb ki, ölkənin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani Vitkoff və Kuşnerlə ABŞ–İran arasında hərbi əməliyyatların dayandırılması barədə memorandum çərçivəsində aparılan danışıqları müzakirə edib.
Görüşlər zamanı, həmçinin Yaxın Şərqdə vəziyyət, o cümlədən Livanda atəşkəs məsələsi də gündəmdə olub.
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib