NATO-nun rəqəmsal transformasiyası, müdafiə sahəsində süni intellektdən istifadə və kibertəhdidlərə qarşı mübarizənin gücləndirilməsi alyansın iyulun 7-8-də Ankarada keçiriləcək sammitinin əsas müzakirə mövzuları olacaq.
“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, müzakirələr zamanı Çinin texnoloji inkişafına xüsusi diqqət yetiriləcək.
Nəşr qeyd edir ki, alyans kritik kommunikasiya sistemlərinin qorunması, məlumat təhlükəsizliyinin gücləndirilməsi və strateji texnologiyaların idxaldan asılılığının azaldılması istiqamətində birgə layihələr hazırlayır.
Tədbirdə süni intellekt əsaslı müdafiə sistemlərinin inkişafı, kibertəhlükəsizlik, müdafiə sənayesində texnoloji əməkdaşlıq, eləcə də üzv ölkələrin rəqəmsal infrastrukturunun dayanıqlığının artırılması məsələlərinin müzakirə olunacağı gözlənilir. Gündəlikdə, həmçinin Ukrayna-Rusiya müharibəsi, İran ətrafında vəziyyət, Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri də yer alacaq.
Bildirilir ki, tədbir çərçivəsində NATO ölkələri arasında silah istehsalı və tədarükü sahəsində əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş ayrıca müdafiə sənayesi forumu keçiriləcək.
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib