Penza vilayətində iki sənaye müəssisəsi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
“İki sahil” xəbər verir ki, bu barədə vilayətin qubernatoru Oleq Melniçenko məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində müəssisələrdən birində iki nəfər xəsarət alıb. Partlayış dalğası Penza şəhərində yerləşən iki çoxmənzilli yaşayış binasının da şüşələrini sındırıb.
Vilayət rəhbəri sakinləri PUA-nın qalıqlarına yaxınlaşmamağa çağırıb, aşkar edildikdə isə bu barədə "112" qaynar xəttinə məlumat verməyi tövsiyə edib. O, həmçinin dronların uçuşunun və onların düşdüyü yerlərin foto və videoya çəkilməsinin qadağan olunduğunu xatırladaraq, vətəndaşları bu cür materialları yaymamağa çağırıb.
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib