01 iyul 2026 23:40
75

Vens İrana qarşı müharibə ehtimalını istisna etməyib

ABŞ Tehranın öz nüvə proqramını bərpa etməyə başlayacağı, qonşu ölkələr üçün təhlükə yaradacağı və ya regiondakı yaraqlı qruplaşmaları dəstəkləyəcəyi təqdirdə, İrana qarşı hərbi əməliyyatların bərpa olunmasını istisna etmir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Vitse-prezidenti Cey Di Vens jurnalistlərə bildirib.

"Əgər İran öz nüvə proqramını bərpa etmək, qonşularını hədələmək və ya terrorizmi maliyyələşdirmək istəsə, Prezidentin (Donald Tramp – red.) variantları var. Mən heç nə vəd edə bilmərəm, çünki sözsüz ki, bu, son nəticədə iranlıların özlərini necə aparacağından asılıdır. Əmin olduğum bir şey var ki, əgər buna zərurət olmazsa, prezident bizim qoşunları geri göndərməyəcək", - Vens bildirib.

Bununla belə, o, ABŞ və İran nümayəndələrinin texniki məsləhətləşmələrinin gedişatını müsbət qiymətləndirib: "Yekunlar barədə danışmaq hələ tezdir, lakin onlar yaxşı gedir".