02 iyul 2026 17:20
100

Rusiyanın beynəlxalq ehtiyatları bir həftədə 28,6 milyard dollar azalıb

Rusiya Mərkəzi Bankı ölkənin aktivlərində baş verən dəyişikliyin əsasən mənfi yenidənqiymətləndirmə ilə bağlı olduğunu açıqlayıb.

Rusiyanın beynəlxalq ehtiyatları 19-26 iyun tarixlərində 28,6 milyard dollar azalaraq 715,2 milyard dollar təşkil edib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Bankının (Mərkəzi Bank) rəsmi hesabatında məlumat verilib.

Tənzimləyici qurumun bəyanatında qeyd olunur ki, 26 iyun 2026-cı il tarixinə olan məlumata görə, beynəlxalq ehtiyatların həcmi bir həftə ərzində 28,6 milyard ABŞ dolları azalaraq 715,2 milyard dollar səviyyəsində qərarlaşıb.

Mərkəzi Bank rəhbərliyi bu azalmanın əsasən aktivlərin bazar dəyərinin dəyişməsi, yəni mənfi yenidənqiymətləndirmə (aktivlərin və xarici valyutaların məzənnə fərqi) səbəbindən baş verdiyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəlki hesabat dövründə, yəni 12-19 iyun tarixlərində Rusiyanın beynəlxalq ehtiyatları 14,5 milyard dollar artaraq 743,8 milyard dollara çatmışdı.