03 iyul 2026 23:32
94

NATO-nun müdafiə bankının yaradılması elan olunacaq

Kanadanın Baş naziri Mark Karni NATO-nun Türkiyədə keçiriləcək sammitində alyansın yeni müdafiə bankının yaradıldığını elan edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Yeni kredit təşkilatının məqsədi NATO üzvlərinin müdafiə qabiliyyətini gücləndirmək üçün 133 milyard ABŞ dollarınadək vəsait cəlb etmək, həmin vəsait hesabına alyans ölkələrinə və tərəfdaşlarına hərbi layihələrin maliyyələşdirilməsi üçün aşağı faizli kreditlər təqdim etməkdir.

Kanadanın ilk töhfəsinin 1,7 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir. “Reuters”in məlumatına görə, bankın təsisçiləri NATO-nun təxminən 10 üzv dövləti olacaq.

Aprel ayında “The Globe and Mail” qəzeti yazmışdı ki, Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankının (Defence, Security and Resilience Bank) baş qərargahı Kanadanın Vankuver, Monreal, Ottava və ya Toronto şəhərlərindən birində yerləşəcək. Bankın xidmətlərindən 40-dək dövlətin yararlanacağı gözlənilir.