ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana İslam Respublikasının Ali lideri Əli Xameneinin dəfn mərasimi ilə bağlı danışıqlara bir həftəlik fasilə verdiyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, Amerika lideri bu barədə 4 iyulda qeyd olunan ABŞ-nin Müstəqillik Günü münasibətilə Cənubi Dakotada çıxışında deyib.
"Onlar razılaşma əldə etməyə can atırlar. Onlar cidd-cəhdlə razılaşma istəyirlər. Biz onlara dəfn mərasimi üçün bir həftəlik fasilə vermişik", - Tramp deyib.
Xatırladaq ki, İranın mərhum Ali lideri Əli Xamenei ilə vida mərasimi Tehranda iyulun 3-də başlayıb. Dəfn mərasimi 9 iyulda ayətullahın doğulduğu Məşhəddə keçiriləcək.