04 iyul 2026 18:22
98

Anomal istilərə görə ABŞ-də Müstəqillik Günü ilə bağlı tədbirlər təxirə salınıb

Bu gün - 4 iyul ABŞ-də Müstəqillik Bəyannaməsinin qəbulunun 250 illiyi qeyd olunur. Lakin ölkənin bir çox şəhərində anomal istilər səbəbindən yerli hakimiyyət orqanları bayram tədbirlərini təxirə salmağa və ya ləğv etməyə məcbur olub.

“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Rekord səviyyədə isti hava ABŞ-nin mərkəzi və şərq ştatlarını bürüyüb. ABŞ Milli Meteorologiya Xidmətinin məlumatına əsasən, təxminən 185 milyon nəfərə, yəni əhalinin yarısından çoxuna anomal istilərlə bağlı xəbərdarlıq edilib.

46 dərəcəyədək çatan isti hava səbəbindən Filadelfiya (burada temperatur 1901-ci ildən bəri qeydə alınan rekord göstəriciyə çatıb), Haddon-Taunşip və Uotertaun şəhərlərində paradlar ləğv edilib. Bostonda isə bayram atəşfəşanlığının başlanması dörd saat təxirə salınıb.