Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı artaraq 492-yə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV İşləri üzrə Nazirliyi gündəlik bülletenində qeyd edilib.
Ötən sutka ərzində daha 19 nəfər dünyasını dəyişib. Yoluxanların ümumi sayı 1 528 nəfər təşkil edir ki, bu da iyulun 4-ü ilə müqayisədə 26 nəfər çoxdur. Ölüm göstəricisi 32.2% olaraq qiymətləndirilir.
Qeyd edək ki, Ebola qızdırmasının hazırkı alovlanması mayın 15-də KDR-in şərqində və Uqandada başlayıb. Epidemiyanın episentri Konqonun İturi əyalətində yerləşir.
Pakistanın təhlükəsizlik qüvvələri Bəlucistanda əməliyyatlar zamanı 15 yaraqlını məhv edib
Çinin “MiniMax” süni intellekt şirkətinin təsisçisi sərvətinin 90 faizindən çoxunu itirib
Bu gün Fransada keçirilən etiraz aksiyalarında 80 mindən çox insan iştirak edib