07 iyul 2026 12:38
68

“Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə dəstək” layihəsi çərçivəsində görüş keçirilib

YAP Masallı rayon təşkilatı tərəfindən həyata keçirilən “Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə dəstək” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

“İki sahil” xəbər verir ki, rayon təşkilatının sədri Seyfəddin Əliyev və aparatın əməkdaşları Masallı rayonunun Lürən kəndində yaşayan I Qarabağ müharibəsi şəhidi Faiq Xubalı oğlu Şükürovun anası Cahan xanım Şükürovanı 80 illik yubileyi münasibətilə ziyarət ediblər.

Ziyarət zamanı Cahan xanım yubileyi münasibətilə səmimi-qəlbdən təbrik olunub, ona möhkəm cansağlığı və uzun ömür arzulanıb. Görüşdə şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs olunub, onların cəmiyyətimizdə daim yüksək ehtiramla anıldığı vurğulanıb.

Görüşdən xüsusi məmnunluğunu bildirən şəhid anası Cahan xanım onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə edib.