Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksində hazırda 204 idmançı xidmətlərdən yararlanır. “İki sahil” xəbər verir ki, müəssisə əlilliyi olan şəxslərin idman bacarıqlarının artırılmasında, müxtəlif idman yarışlarına hazırlığının, həmçinin tibbi-sosial reabilitasiyanın təşkilində mühüm rola malikdir. Kompleksdə Azərbaycan Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq şəraitində təlim-məşq toplanışları, məşqlər təşkil olunur.
İdmançıların idman yarışlarına hazırlaşmaları üçün zəruri şəraitə malik olan Paralimpiya İdman Kompleksində hazırda 12-dən çox idman növü (paracüdo, parapouerlifting, oturaq voleybol, güllə atıcılığı, kamandan oxatma, üzgüçülük və s.) üzrə məşqlər keçirilir. Onlardan 8-i paralimpiya idman növlərinə daxildir.
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Kənd Təsərrüfatı Nazirliyinin bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
Kimya İnstitutunda Rusiya Elmlər Akademiyası ilə elmi əməkdaşlıq imkanları müzakirə olunub
Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciəti
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib