Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərlik etdiyi “Əmək bazarı” işçi qrupunun növbəti iclası keçirilib. “İki sahil” xəbər verir ki, iclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev, Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev və işçi qrupunda təmsil olunan hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.
İclasda İşçi qrupun Fəaliyyət Planına daxil olan İqtisadi Azadlıq İndeksi və Qlobal İstedad Rəqabətliliyi İndeksinin yekun nəşrlərinə dair təqdimatlar edilib. Həmin indekslər üzrə əmək bazarı ilə bağlı indikatorlar və ölkəmizin göstəriciləri barədə məlumat verilib.
Görüşdə əmək bazarının inkişaf etdirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının artırılması və məşğulluq imkanlarının daha da genişləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Kənd Təsərrüfatı Nazirliyinin bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
Kimya İnstitutunda Rusiya Elmlər Akademiyası ilə elmi əməkdaşlıq imkanları müzakirə olunub
Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciəti
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib