Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi, səfir Kubanıçbek Ömüralıyev TDT-nin İstanbuldakı Katibliyinə reallaşdırdığı səfər çərçivəsində 3-cü Türk Dünyası Yay Forumunun iştirakçılarını qəbul edib.
Gənc iştirakçılara müraciət edən Baş katib TDT-nin vizyonu, əldə etdiyi nailiyyətlər və gələcək prioritetləri barədə məlumat verib, Təşkilatın Türk dünyasında əməkdaşlıq və inteqrasiyanın dərinləşməsində getdikcə artan rolunu vurğulayıb.
Forumda iştirak edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Vəfa Abdullayeva-Nəbiyeva Türk dövlətləri arasında elm, təhsil və dil sahəsində əməkdaşlığın inkişafına yönəlmiş təşəbbüslərin əhəmiyyətini qeyd edib. O, ortaq Türk mədəni irsinin qorunması, ortaq türk əlifbasının tətbiqi və elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan işlərin Türk dünyasının inteqrasiyasına mühüm töhfə verdiyini vurğulayıb.
Görüş iştirakçılar üçün TDT-nin gələcək fəaliyyət istiqamətləri ilə yaxından tanış olmaq, fikir mübadiləsi aparmaq və yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək baxımından əhəmiyyətli platforma olub.
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Kənd Təsərrüfatı Nazirliyinin bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
Kimya İnstitutunda Rusiya Elmlər Akademiyası ilə elmi əməkdaşlıq imkanları müzakirə olunub
Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciəti
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib