Göyçayda mağazadan oğurluq edilib. Obyektə daxil olan naməlum şəxs kassada olan pulu və tütün məmulatlarını talayıb.
“İki sahil” xəbər verir ki, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Rahib Babayev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun restorandan televizorlar və daha bir fərdi yaşayış evindən müxtəlif məişət əşyaları oğurladığı məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, R.Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciəti
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib
Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar tətbiq edilir