11 iyul 2026 10:17
115

Sen-martinli jurnalist: Karib hövzəsində dekolonizasiya mövzusu çox vaxt lazımi səviyyədə diqqətdə olmur

Dekolonizasiya yalnız konstitusion və siyasi proses deyil, eyni zamanda, informasiya və kommunikasiya prosesidir. Müstəmləkəçilik narrativlər vasitəsilə möhkəmləndirilibsə, dekolonizasiya da həmin narrativlərin dəyişdirilməsi ilə mümkündür.

“İki sahil” xəbər verir ki, bu fikirləri “One Saint Martin” Assosiasiyasının katibi, sabiq hökumət müşaviri, jurnalist, radio və televiziya aparıcısı Alston Lourens “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” konfransında söyləyib.

Alston Lourens bildirib ki, Karib hövzəsində bir çox kiçik adalarda milli yayım qurumları fəaliyyətini dayandırıb, informasiya məkanı isə əsasən kommersiya maraqları ilə işləyən özəl media tərəfindən formalaşdırılır. Bu səbəbdən öz müqəddəratını təyinetmə və dekolonizasiya kimi mövzular çox vaxt lazımi səviyyədə diqqətdə olmur. Həmin ideyaları müdafiə edən hərəkatlar isə bəzən qeyri-ciddi və ya radikal kimi təqdim olunur. Onun sözlərinə görə, dekolonizasiya prosesində obyektiv və balanslı informasiya mühitinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.