11 iyul 2026 13:54
176

Sürücülərin nəzərinə! - Üç yolda nəqliyyatın hərəkəti mərhələli şəkildə tam məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar 13 iyul 2026-cı il saat 07:00-dək üç yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə tam məhdudlaşdırılacaq.

İki sahil” yazır ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, bağlanacaq yollar aşağıdakılardır:

• Səməd Vurğun küçəsi - (Füzuli küçəsindən A.A.Bakıxanov küçəsinədək);

• Nazim Hikmət küçəsiv - (H.B.Zərdabi-Mətbuat prospektlərindən A.M. Şərifzadə küçəsinədək).

• Sənan Abdullayev küçəsi (Baksol yolu) - (Z.Bünyadov prospektindən S.Abdullayev küçəsi, döngə 1-dək);

Aparılan işlərlə əlaqədar yaranacaq müvəqqəti narahatlığa görə sürücülərdən anlayış göstərmələri və qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri xahiş olunur.