Bu ilin sonunadək Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə (45 nəfər) qayıdacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevə iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olarkən məlumat verilib.
Bildirilib ki, Kiçik Qaladərəsində 66 fərdi ev var. Onlardan 19-u yararsız, 47-si isə qismən yararlıdır. Bu evlərdən artıq 26-sı istismara hazırdır. Gələn il isə 21 ev hazır olacaq.
İlkin mərhələdə kəndə 15 ailə (51 nəfər) qayıdıb. Bu ilin sonunadək isə daha 11 ailə (45 nəfər) qayıdacaq.
Nazir: “Yüksəliş” müsabiqəsi çərçivəsində Mentorluq Proqramı qarşılıqlı inkişaf platformasıdır
Zərdabda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb