28 dekabr 2016 16:54
265

Fillər bir kəndin altını üstünə çevirdi

Himalay dağının ətəyində yerləşən, Hindistanla qonşu olan Nepalda maraqlı hadisə yaşanıb. Praseni kəndi ətrafındakı çöllükdə yaşayan fil sürüsü, anidən kəndə hücum edib.

Sputnik Washington Post-a istinadən xəbər verir ki, nə ilə qarşılaşdıqlarını anlamayan sakinlər qorxuya düşüblər. Fillərin insanlara hücumu nəticəsində 1 kənli dünyasını dəyişib, xeyli sayda insan da yaralanıb.

Hökumət rəsmisi Ram Acaryanın dediyinə görə, belə hal ölkədə ilk dəfədir ki, baş verir.