13 iyul 2026 22:50
168

Hicran Hüseynova Sumqayıtda vətəndaş qəbulu keçirib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, 42 saylı Sumqayıt birinci seçki dairəsindən deputat Hicran Hüseynova Sumqayıt şəhərində növbəti vətəndaş qəbulunu keçirib.

“İki sahil” xəbər verir ki, qəbul zamanı seçicilərin müraciətləri diqqətlə dinlənilib, onları narahat edən məsələlər ətraflı müzakirə olunub. Müraciətlər əsasən məşğulluq, əmək təqaüdləri, ailə-məişət problemləri və digər sosial məsələləri əhatə edib.

Bildirilib ki, vətəndaşlar tərəfindən qaldırılan bir sıra məsələlər yerindəcə öz həllini tapıb. Əlavə araşdırma və hüquqi prosedurlar tələb edən müraciətlərlə bağlı isə qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti dövlət qurumlarına rəsmi sorğular göndərilib.

Görüş zamanı seçicilərlə mütəmadi təmasın saxlanılmasının, onların müraciətlərinə operativ baxılmasının və problemlərinin həlli istiqamətində ardıcıl tədbirlərin görülməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, vətəndaş qəbullarının keçirilməsi və qaldırılan məsələlərin həlli istiqamətində zəruri addımlar bundan sonra da davam etdiriləcək.