14 iyul 2026 19:56
80

Axtarışlar davam etdirilir

6 iyul 2026-cı il tarixində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.

“İki sahil” xəbər verir ki, axtarışlar FHN-in Aviasiya dəstəsin helikopteri, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.