15 iyul 2026 12:51
91

Zelenski Parisdəki paradda Aİ-nin plastik qapaq qaydasını pozub?

Parisdə keçirilən rəsmi hərbi parad zamanı Ukrayna Prezidenti Volodimir Zelenski su şüşəsinin plastik qapağını tamamilə qoparıb çıxarmaqla Avropa İttifaqının (Aİ) müvafiq ekoloji direktivini pozub.

“İki sahil” xəbər verir ki, bu maraqlı məqama "Clash Report" nəşri öz "Telegram" kanalında diqqət çəkib.

"Zelenski su şüşəsi ilə mübarizə aparır — o, qapağı şüşədən tamamilə ayıraraq kənara qoyur".

Avropa İttifaqının tullantıların azaldılması və ekologiyanın qorunması məqsədilə qəbul etdiyi direktivə əsasən, Aİ ərazisində satılan birdəfəlik plastik su şüşələrinin qapaqları açıldıqdan sonra belə şüşəyə bitişik qalmalıdır. Bu qayda qapaqların ətrafa atılmasının və təbiəti çirkləndirməsinin qarşısını almaq üçün tətbiq edilir.