Təlim proqramı çərçivəsində elektron satınalmalar sahəsində qabaqcıl beynəlxalq təcrübə, innovativ həllər və rəqəmsallaşma istiqamətləri nəzərdən keçirilib, satınalma proseslərinin daha səmərəli və istifadəçiyönümlü təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri Koreya Respublikasının Seul şəhərində keçirilmiş Asiya və Sakit Okean Regionunda Elektron Satınalma üzrə Təlim Proqramında iştirak ediblər.
Asiya İnkişaf Bankı, Koreya Respublikasının Dövlət Satınalmaları Xidməti və Koreya Satınalma İnstitutu tərəfindən təşkil olunan təlim çərçivəsində Koreya Respublikasının elektron dövlət satınalma sistemi (KONEPS), onun inkişaf mərhələləri, əsas funksional imkanları, platformada tətbiq olunan müasir texnoloji həllər, eləcə də elektron satınalma proseslərinin təşkili və idarə olunması ilə bağlı məlumat verilib.
Proqram çərçivəsində iştirakçı ölkələrin nümayəndələri dövlət satınalmaları sahəsində ölkə hesabatlarını təqdim ediblər. Bu xüsusda, Agentliyin əməkdaşı Rauf Əzizli “Azərbaycan Respublikasında elektron satınalmalara dair ölkə hesabatı” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı ölkəmizdə dövlət satınalmalarının hüquqi və institusional çərçivəsi, elektron satınalma sisteminin tətbiqi, “Etender.gov.az” portalının mövcud imkanları və həyata keçirilən yeniliklər barədə məlumat verilib.
Tədbir çərçivəsində müxtəlif ölkələrin nümayəndələri ilə elektron satınalma sistemlərinin inkişafı, qabaqcıl beynəlxalq təcrübə və bu sahədə qarşıya çıxan mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb
Kənd Təsərrüfatı Nazirliyində “John Deere” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
Son 1 ildə Azərbaycanda sabit genişzoalqlı internetin və mobil internetin sürəti artıb