Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” iyun ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.
“İki sahil” xəbər verir ki, yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 92,18 Mb/s, mobil internetin median sürəti isə 98,61 Mb/s olub.
İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 10,82 Mb/s (13,30 %), mobil internetin sürəti isə 26,09 Mb/s (35,98 %) artıb.
İnkişaf etmiş şəhərlərin müqayisəsinə gəlincə isə iyunda Bakı şəhərində sabit genişzolaqlı internetin median sürəti 92,34 Mb/s, mobil internetin median sürəti isə 119,04 Mb/s olub.
İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 13,56 Mb/s (17,21 %), mobil internetin sürəti isə 30,84 Mb/s (34,97 %) artıb.
Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.
Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb
Kənd Təsərrüfatı Nazirliyində “John Deere” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
Avqustun 1-dək Bakı–Balakən istiqamətində qatarlar yalnız Qax stansiyasınadək hərəkət edəcək