Milli Məclisin deputatı Anar Məmmədov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilərlə birgə Tərtər rayonunun Kəngərli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Şəldiyev Talıb Əli oğlunun ailəsini ziyarət edib, şəhidin həyat yoldaşı Şəldiyeva Şahnaz Kərəm qızı ilə görüşərək ailənin qayğıları və ehtiyacları ilə maraqlanıb.
“İki sahil” xəbər verir ki, görüş zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Birinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla yad olunub, dövlətin hər zaman şəhid ailələri və qazilərin yanında olduğu bir daha vurğulanıb. Şəhidin ailə üzvləri göstərilən diqqət, qayğı və su probleminin operativ şəkildə həll olunmasına görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Kəngərli kəndində sakinlərin su təminatının yaxşılaşdırılması məqsədilə quraşdırılmış yeni su çənindən şəhid ailəsinin fərdi yaşayış evinə və həyətinə çəkilən xüsusi su xəttinin açılışı baş tutmuşdu.
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
“Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib - VİDEO
Nazirliyin Aparatının rəhbəri Fuad Musayev Kürdəmir rayonunda vətəndaşları qəbul edib