ABŞ-ın "Henry Public Relations" şirkətinin baş direktoru, "RedPresswire"ın həmtəsisçisi və "Newsmax TV"nin şərhçisi Brayan E. Leyb 1992-ci il tarixli ABŞ-ın "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişinin ləğv edilməsinə və Azərbaycana ABŞ istehsalı olan qırıcı təyyarələrin satışına çağırıb.
“İki sahil” xəbər verir ki, o, bununla bağlı "X" hesabında paylaşım edib.
"1992-ci il tarixli ABŞ-ın "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişinin ləğv etməli və ABŞ istehsalı olan qırıcı təyyarələri sabit və etibarlı müttəfiqimiz olan Azərbaycana satmalıyıq", – deyə Leyb bildirib.
Qeyd edək ki, 2025-ci ilin sonunda ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişin tamamilə ləğvini nəzərdə tutan qanun layihəsini təqdim edib.
Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib