19 iyul 2026 17:47
163

Xaçmazda "KamAZ"ın aşırtdığı dirəklər yoldan götürülüb, kəndlərin işığı bərpa olunub

Xaçmazda təmir sexindən çıxan "KamAZ"markalı yük avtomobili ehtiyatsızlıqdan elektrik dirəklərini sıradan çıxarıb.

Yük maşını arxaya hərəkət zamanı ortagərginlikli elektrik xəttinin beton dirəyinin aşırıb. Hadisə zamanı ümumilikdə 3 beton dirək Xaçmaz-Niyazabad yolunun hərəkət hissəsinə aşaraq avtomobillərin hərəkətini də müvəqqəti məhdudlaşdırıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Dirəklərin aşması səbəbindən həmin istiqamətdə yerləşən 10-a yaxın yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində qısa fasilə yaranıb.

Hadisə yerinə dövlət yol polisi əməkdaşları və müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb olunub. Qısa müddətdə dirəklər yolun hərəkət hissəsindən çıxarılaraq nəqliyyatın hərəkəti bərpa olunub.

Görülən operativ tədbirlərlə kəndlərə elektrik enerjisinin verilişi də təmin edilib.

Hazırda fəsadların tam arxadan qaldırılması üçün iş aparılır.

AZƏRTAC